İran MAQATE müfəttişlərinin nüvə obyektlərini yoxlamasına İCAZƏ VERDİ

İran MAQATE müfəttişlərinin nüvə obyektlərini yoxlamasına İCAZƏ VERDİ

Hazırda oxunan: İran MAQATE müfəttişlərinin nüvə obyektlərini yoxlamasına İCAZƏ VERDİ

620168

Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişlərinin İranın nüvə obyektlərinə daxil olmasına razılıq verib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Associated Press”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, agentlik Tehranın sərəncamında olan zənginləşdirilmiş uranın yerləşdiyi yerlərin müəyyənləşdirilməsi üzrə işlərə başlayacaq.

Uitkoff onu da bildirib ki, bu addım Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunda nəzərdə tutulmayıb.

Qeyd edək ki, ABŞ və İran arasında 14 maddəlik Anlaşma Memorandumu dünən Donald Tramp və Məsud Pezeşkian tərəfindən imzalanıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO