Almaniya Ukrayna üçün Amerika istehsalı olan silah və sursatların satın alınmasına daha 400 milyon dollar vəsait ayıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə AFR-in Müdafiə naziri Boris Pistorius Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Pistorius qeyd edib ki, rəsmi Berlin PURL mexanizmi çərçivəsində maliyyələşdirmə paketinə artıq dördüncü dəfə qoşulur:
"PURL vasitəsilə biz Ukrayna üçün kəskin ehtiyac duyulan, lakin Avropada istehsal olunmayan Amerika silah sistemlərini və sursatlarını maliyyələşdiririk. Bu dəfə sözügedən proqrama 200 milyon dollarla töhfə verəcəyik". Nazirin sözlərinə görə, söhbət hava hücumundan müdafiə (HHM) sistemləri üçün sursatların alınmasından gedir.
Bundan əlavə, Ukraynanın Müdafiə naziri Mixail Fyodorov almaniyalı həmkarından xüsusilə "Patriot" sistemləri üçün idarəolunan raketlərin alınmasını hədəfləyən "Jumpstart" proqramına dəstək verməsini xahiş edib. Almaniya tərəfi bu layihəyə də müsbət cavab verib:
"Biz PAC-3 idarəolunan raketlərinin satın alınması üçün daha 200 milyon dollar ayırmaqla bu proqramda da iştirak etməyə hazır olduğumuzu bildirdik", - deyə Pistorius əlavə edib.
Xatırladaq ki, bir qədər əvvəl NATO-nun Baş katibi Mark Rutte alyans ölkələrinin Ukrayna üçün Amerika silahlarının alınmasına artıq təxminən 6 milyard dollar xərclədiyini bəyan etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:40 / 18.06.2026
Almaniya Ukrayna üçün daha 400 milyon dollar ayırır – SİLAH ALINACAQ
Hazırda oxunan: Almaniya Ukrayna üçün daha 400 milyon dollar ayırır – SİLAH ALINACAQ
Hazırda oxunan: Almaniya Ukrayna üçün daha 400 milyon dollar ayırır – SİLAH ALINACAQ
620071
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































