ABŞ Prezidenti Donald Tramp Rusiya ordusunun resurs baxımından qat-qat böyük olmasına baxmayaraq, Ukraynanın müharibədə kifayət qədər yaxşı nəticə göstərdiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri mövzu ilə bağlı fikirlərini bu cür ifadə edib:
"Onlar kifayət qədər yaxşı mübarizə aparırlar. Rusiya böyük ölkədir, çox böyük... Bilirsiniz ki, onun ordusu da qat-qat çoxdur. Lakin ukraynalılar əla tab gətirirlər. Onların möhtəşəm silahları var. Unutmayın ki, bu, bizim texnikamızdır. Və onlar həqiqətən də yaxşı nəticələr nümayiş etdirirlər".
Bizim.Media

































































































