Macarıstanda baş nazirlərin səlahiyyət müddəti məhdudlaşdırıldı – Orbana “qırmızı işıq”

Macarıstanda baş nazirlərin səlahiyyət müddəti məhdudlaşdırıldı – Orbana “qırmızı işıq”

Hazırda oxunan: Macarıstanda baş nazirlərin səlahiyyət müddəti məhdudlaşdırıldı – Orbana “qırmızı işıq”

619572

Macarıstan parlamenti baş nazirlərin səlahiyyət müddətini hər biri dörd il olmaqla, maksimum iki dövrlə məhdudlaşdıran konstitusiya dəyişikliyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, bu qərar ölkənin keçmiş lideri Viktor Orbanın yenidən hakimiyyətə qayıtmaq imkanını əlindən alır.
 

Bazar ertəsi qəbul edilən konstitusiya dəyişikliyi baş nazir postunu maksimum iki müddətə icra etməyə icazə verir. Keçmiş lider Viktor Orban isə indiyədək 2010-cu ildən bəri dördü ardıcıl olmaqla ümumilikdə beş müddət bu vəzifəni tutub. Yeni qanun onun yenidən hökumət başçısı olmasına mane olur.


Bu islahatın cari ilin aprel ayında keçirilən seçkilərdə qalib gələn Macarıstanın yeni Baş naziri Peter Madyarın əsas seçkiönü vədlərindən biri olduğu dəqiqləşdirilir.

Peter Madyar daha əvvəl verdiyi bəyanatlarda Macarıstanı yenidən Avropa İttifaqının əsas siyasi xəttinə qaytarmaq niyyətində olduğunu bəyan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO