60 milyon illik SİRR AÇILDI – “Nəhənglərin yolu” belə yaranıbmış...

60 milyon illik SİRR AÇILDI – “Nəhənglərin yolu” belə yaranıbmış...

Hazırda oxunan: 60 milyon illik SİRR AÇILDI – “Nəhənglərin yolu” belə yaranıbmış...

619394

Şimali İrlandiyada yerləşən və dünyanın ən məşhur təbiət abidələrindən biri hesab olunan “Nəhənglər yolu”nun yaranma səbəbi ilə bağlı yeni elmi araşdırmanın nəticələri açıqlanıb.

Bizim.Media “The Guardian” nəşrinə istinadla xəbər verir, alimlər İrlandiya folklorunda təsvir olunan nəhənglərin döyüşü nəticəsində deyil, təxminən 60 milyon il əvvəl baş vermiş güclü vulkanik fəaliyyət nəticəsində meydana gəldiyini müəyyən ediblər.

Tədqiqatçılar bildirirlər ki, bu ərazi qlobal əhəmiyyətli iri vulkanik hadisə zamanı formalaşıb.

Həmin proses nəticəsində bu gün bölgənin simvoluna çevrilmiş təxminən 40 min bir-biri ilə əlaqəli bazalt sütunu yaranıb.
 

Geoxronoloqların araşdırmasına əsasən, Nəhənglər yolunun formalaşması prosesi 5,5 milyon il davam edib. Bu isə əvvəlki hesablamalardan təxminən 8 milyon il azdır.


Alimlər həmçinin müəyyən ediblər ki, bölgəni formalaşdıran vulkanik proseslər daha geniş geoloji hadisənin bir hissəsi olub. Həmin hadisənin izləri təkcə Britaniya adalarında deyil, hətta Qrenlandiya süxurlarında da qeydə alınıb.

Nəhənglər yolu hazırda UNESCO-nun Dünya İrsi Siyahısına daxildir və Böyük Britaniyanın ən möhtəşəm təbii görməli yerlərindən biri hesab olunur.

İrlandiya əfsanələrinə görə, bu daş sütunlar nəhəng döyüşçü Finn Makkul tərəfindən tikilib. Lakin yeni araşdırma göstərir ki, onların yaranmasının arxasında milyonlarla il davam edən mürəkkəb geoloji və vulkanik proseslər dayanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO