"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ

"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ

Hazırda oxunan: "Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ

619381

Almaniya Silahlı Qüvvələrinin yüksək rütbəli komandirlərindən biri, general-leytenant Kristian Froydinq bildirib ki, Almaniya 2029-cu ilə qədər və ya daha əvvəl Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlı olmalıdır.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşr yazır ki, NATO ölkələri arasında Rusiyanın onilliyin sonunadək alyans üzvlərindən birinə qarşı hərbi əməliyyat başlatmaq potensialı ilə bağlı ümumi qiymətləndirmə mövcuddur.
 

“Biz döyüşə hazır olmalıyıq. 2029-cu il Almaniyanın müəyyən etdiyi tarix deyil. Bu, NATO çərçivəsində razılaşdırılmış kəşfiyyat qiymətləndirməsidir. Alyansın bütün 32 üzvü hesab edir ki, Rusiyanın 2029-cu ilə qədər NATO ölkələrindən birinə hücum etmək imkanı yarana bilər”, – deyə Froydinq vurğulayıb.


Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin daha əvvəl beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə Moskvanın NATO ölkələrinə hücum etmək niyyətində olması barədə iddiaları “cəfəngiyat və təxribat” adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO