Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

Hazırda oxunan: Roma Papasının təyyarəsi xarab oldu – İspaniya Kralı öz laynerini verdi

618995

Roma Papası XIV Leo İspaniyanın "Iberia" aviaşirkətinə məxsus "Airbus A320" tipli təyyarədə yaranan nasazlıq ucbatından Tenerife adasını tərk edə bilməyib.

Bizim.Media bu barədə TASS-a istinadla xəbər verir.
 

Pontifiki müşayiət edən akkreditə olunmuş jurnalistlərin sözlərinə görə, artıq göyərtədə yerlərini tutmuş Vatikan rəhbəri və nümayəndə heyətinin digər üzvləri layneri tərk etmək məcburiyyətində qalıblar.


XIV Leo adaya apostol səfəri başa çatdıqdan sonra onu hava limanında yola salmağa gələn İspaniya Kralı VI Filippin müşayiəti ilə hava gəmisindən düşüb.

Vatikanın verdiyi məlumata görə, Roma Katolik Kilsəsi rəhbərinin İtaliyaya dönüşü İspaniya monarxının şəxsi təyyarəsi ilə baş tutacaq. Nümayəndə heyəti ilə birlikdə səyahət edən jurnalistlər isə Romaya "Iberia" şirkətinin ayrıca reysi ilə göndəriləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO