İranın qərbində yerləşən bütün hava limanlarının fəaliyyəti növbəti xəbərdarlığadək dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt Tehrandakı Mehrabad və İmam Xomeyni beynəlxalq hava limanlarında da bütün uçuşlar ləğv edilib.
Məlumata görə, qərar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edilib. Bundan əvvəl İran mətbuatı ölkənin qərbində yerləşən Kirmanşah şəhərində hava hücumundan müdafiə sistemlərinin işə salındığını xəbər vermişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:40 / 08.06.2026
İranın bu hava limanlarında uçuşlar dayandırıldı – SİYAHI
Hazırda oxunan: İranın bu hava limanlarında uçuşlar dayandırıldı – SİYAHI
Hazırda oxunan: İranın bu hava limanlarında uçuşlar dayandırıldı – SİYAHI
617900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































