Beynəlxalq alimlər qrupu molibden oksixlorid ($MoOCl_2$) kristalının unikal optik xassələrini ətraflı şəkildə araşdırıb. Bu material gələcəyin "ağıllı" kontakt linzaları, artırılmış reallıq (AR) eynəkləri və miniatür foton çiplərinin istehsalında inqilabi əsas ola bilər.
Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu "Nano Letters" jurnalında dərc olunub.
"XPANCEO" şirkəti, Sinqapur Milli Universiteti və Çexiya Kimya-Texnologiya Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, sözügedən kristal rekord dərəcədə yüksək optik anizotropiyaya malikdir. Bu səbəbdən materiala "optik xamelyon" ləqəbi verilib.
Belə ki, işığın düşmə istiqamətindən asılı olaraq, kristal bir tərəfdən işığı metal kimi əks etdirir, digər istiqamətdən isə şüşə kimi özündən keçirir.
Eyni zamanda, materialın daxilində işıq dalğalarının sürətinin kəskin azalması və elektromaqnit sahəsinin güclənməsi qeydə alınıb. Bu unikal xüsusiyyət işığı atom səviyyəsində idarə etməyə və ənənəvi irihəcmli optik komponentlərdən imtina edərək, insan saçından min dəfələrlə nazik olan ifrat nazik texnoloji cihazlar yaratmağa imkan verəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:53 / 06.06.2026
Fiziklər ilk dəfə həm metal, həm də şüşə kimi davranan unikal kristal yaradıblar
Hazırda oxunan: Fiziklər ilk dəfə həm metal, həm də şüşə kimi davranan unikal kristal yaradıblar
Hazırda oxunan: Fiziklər ilk dəfə həm metal, həm də şüşə kimi davranan unikal kristal yaradıblar
617651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































