Hindistanda argentinalı futbol ulduzu Lionel Messi üçün ucaldılmış 21 metrlik heykəl uçma təhlükəsinə görə sökülüb.
Bizim.Media xəbər verir ki, heykəl ötən ilin dekabrında Kolkata şəhərində Messinin “GOAT” turu çərçivəsində quraşdırılmışdı.
Yerli sakinlərin şikayətlərindən sonra aparılan texniki yoxlama zamanı konstruksiyanın küləkdə nəzərəçarpacaq dərəcədə yelləndiyi müəyyən edilib. Mühəndislər heykəlin daşıyıcı sistemində ciddi dayanıqlılıq problemlərinin olduğunu bildiriblər.
Səlahiyyətli şəxslərin sözlərinə görə, heykəlin sıx hərəkətli avtomobil yolu və metro stansiyasının yaxınlığında yerləşməsi vəziyyəti daha da riskli edib.
Nəticədə abidənin təcili şəkildə sökülərək başqa əraziyə köçürülməsi qərara alınıb. Konstruksiya əvvəlcə troslarla möhkəmləndirilsə də, sonradan tamamilə demontaj olunaraq ərazidən çıxarılıb.
Hazırda heykəl yerli ictimai işlər departamentinin nəzarətində saxlanılır. Onun gələcəkdə harada quraşdırılacağı isə hələ açıqlanmayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:16 / 03.06.2026
Sakinlər şikayət etdi, Messinin nəhəng heykəli SÖKÜLDÜ
Hazırda oxunan: Sakinlər şikayət etdi, Messinin nəhəng heykəli SÖKÜLDÜ
Hazırda oxunan: Sakinlər şikayət etdi, Messinin nəhəng heykəli SÖKÜLDÜ
616968
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































