Supermodel ovçusu: Qiyamət günü kultunun lideri ulduzları necə qarət edib?

Supermodel ovçusu: Qiyamət günü kultunun lideri ulduzları necə qarət edib?

Hazırda oxunan: Supermodel ovçusu: Qiyamət günü kultunun lideri ulduzları necə qarət edib?

616757

1980-ci illərdə Nyu-Yorkda "Əbədi Dəyərlər" (Eternal Values) adlı təhlükəli təriqət yaradan Fred Meyer (özünü aristokrat Frederik fon Mirers kimi təqdim edən) adlı fırıldaqçı, Nyu-Yorkun elit təbəqəsini, xüsusən də "Ford Models" agentliyinin top-modellərini öz toruna salıb.

Bizim.Media xəbər verir ki, "Daily Mail"in məlumatına görə, bu hadisələr əsasında "Bring Me The Beauties: A Model Cult" adlı yeni sənədli film işıq üzü görüb.
 

Özünün Arktur ulduz sistemindən gələn bir yadplanetli olduğunu iddia edən fırıldaqçı, gənc və uğurlu insanları Manhettendəki dəbdəbəli mənzilinə və məşhur "Studio 54" klubuna cəlb edərək onların etibarını qazanıb.


O, "mənəvi maarifləndirmə" adı altında qurbanlarına nattal xəritələrinin analizinə əsasən guya "müalicəvi" olan, əslində isə heç bir dəyəri olmayan saxta daşları on minlərlə dollara sataraq milyonlar qazanıb.

Kultun qurbanları arasında dünyanın ilk kişi supermodeli hesab olunan Hoyt Riçards və "Elizabeth Arden" brendinin siması Ceki Adams da olub. Riçards "Princeton" universitetini bitirdikdən sonra qazandığı milyonlarla dolları kult rəhbərinə verib.
 

Təriqətdə ciddi psixoloji təzyiqlər, kütləvi cəza seansları, narkotik ayinləri və qiyamət öncəsi "mənəvi azadlıq" bəhanəsi ilə cinsi orgiyalar təşkil olunub. Təriqət lideri özü isə 1999-cu ildə maqnit qütblərinin dəyişməsi ilə dünyanın sonunun gələcəyini və onları göl kənarından yadplanetli gəmisinin xilas edəcəyini vəd edib.


Kultun ifşası Ceki Adamsın onun nəzarətindən qaçaraq Nyu-York prokurorluğuna şikayət etməsi və "Vanity Fair" jurnalına müsahibə verməsi ilə başlayıb. Təriqət lideri 44 yaşında, jurnalın buraxılışına 5 gün qalmış QİÇS-dən (SPİD) dünyasını dəyişib.

Buna baxmayaraq, Hoyt Riçards da daxil olmaqla bir qrup sadiq üzv Şimali Karolinadakı malikanədə 1999-cu ilə qədər qiyaməti gözləyiblər. Hoyt Riçardsın qaçışından və məhkəmə çəkişmələrindən sonra, 2002-ci ildə bu dağıdıcı sekta tamamilə fəaliyyətini dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO