"Üçüncü Dünya Müharibəsi artıq başlayıb və onun başlanğıc nöqtəsi Almaniyanın birləşməsi olub".
Bizim.Media xəbər verir ki, bunu Serbiyanın keçmiş Baş nazirinin müavini və “Srbijagas” Müşahidə Şurasının sədri Aleksandr Vulin "Yeni Dünya - Yaşamaq Qaydaları: Güc Məhdudiyyətləri və Əməkdaşlıq Məkanı" adlı Valday ekspert dialoqu zamanı bildirib.
Siyasətçi qeyd edib ki, Üçüncü Dünya Müharibəsi Almaniya yenidən birləşəndə başlayıb.
Vulin öz qiymətləndirməsini İkinci Dünya Müharibəsi tarixinə dair Almaniyanın baxışlarının dəyişməsi ilə əlaqələndirib. O, keçmiş Almaniya kansleri Villi Brandtın nəslinin üzvlərinin bəzi alman siyasətçilərinin bu gün səsləndirdiyi fikirləri qəbul etmələrinin çətin olduğunu söyləyib, çünki onlar qlobal münaqişənin faciəvi nəticələrini şəxsən xatırlayırlar.
Melisa Salayeva, Bizim.Media

- A-
- A
- A+
Dünya
14:16 / 02.06.2026
“Üçüncü Dünya Müharibəsi artıq başlayıb” – Serbiya rəsmisindən SENSASİON AÇIQLAMA
Hazırda oxunan: “Üçüncü Dünya Müharibəsi artıq başlayıb” – Serbiya rəsmisindən SENSASİON AÇIQLAMA
Hazırda oxunan: “Üçüncü Dünya Müharibəsi artıq başlayıb” – Serbiya rəsmisindən SENSASİON AÇIQLAMA
616733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































