İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı – SON SUTKADA

İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı – SON SUTKADA

Hazırda oxunan: İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı – SON SUTKADA

616645

Martın 2-dən bəri İsrailin Livana etdiyi hücumlar nəticəsində azı 3 433 nəfər həlak olub, 10 395 nəfər isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin bu gün yaydığı yenilənmiş hesabatda bildirilib.
 

Nazirliyin məlumatına görə, bu rəqəmdən azı 21 nəfəri son 24 saat ərzində həlak olanlardır. Şənbə günü qurum bəyan edib ki, həlak olanlardan ən azı 240-ı uşaqlar, 326-sı qadınlar, daha 127 nəfəri isə tibb işçiləridir.


ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunmuş atəşkəs sazişi aprelin 17-si gecə yarısı qüvvəyə minib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, həmin günə qədər martın 2-dən bəri İsrail zərbələri nəticəsində ölkədə həlak olanların ümumi sayı 2 294 nəfər təşkil edib. O vaxtdan bəri isə daha 1 100-dən çox insan öldürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO