Niderland, infeksiyaların artması ilə bağlı narahatlıqlar fonunda Avropada eksperimental hantavirus dərmanı "Favipiravir"in bir hissəsini alan ilk ölkələrdən biri olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Hart van Nederland" portalı məlumat yayıb.
Dərman Yaponiyanın "Fujifilm Pharmaceuticals" şirkəti tərəfindən hazırlanıb və hələlik yekun təsdiqini almayıb. Lakin istehsalçı dərmanı bir neçə Avropa İttifaqı ölkəsinə bağışlayacaq.
Niderlandan əlavə, İspaniya və Fransa da dərmanı alacaq. Avropa Komissiyası ümumi göndərişin təxminən 1400 tablet olacağını bildirib.
Portalın qeyd etdiyi kimi, Avropa Əczaçılıq Agentliyi dərmanı klinik sınaqlarda istifadə üçün kifayət qədər təhlükəsiz hesab etsə də, onun hantavirusa qarşı effektivliyi hələlik qəti şəkildə təsdiqlənməyib. Dərmanın Niderlanda dəqiq çatdırılma tarixi də açıqlanmayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:33 / 28.05.2026
Yaponiya hantavirusa qarşı eksperimental dərman hazırladı – İlk bu ölkə alacaq
Hazırda oxunan: Yaponiya hantavirusa qarşı eksperimental dərman hazırladı – İlk bu ölkə alacaq
Hazırda oxunan: Yaponiya hantavirusa qarşı eksperimental dərman hazırladı – İlk bu ölkə alacaq
615935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































