ABŞ-ın səhiyyə naziri çılpaq əllə iki ilanı tutdu - VİDEO

ABŞ-ın səhiyyə naziri çılpaq əllə iki ilanı tutdu - VİDEO

Hazırda oxunan: ABŞ-ın səhiyyə naziri çılpaq əllə iki ilanı tutdu - VİDEO

615654

ABŞ-ın səhiyyə naziri Robert Kennedi jurnalistlərə çılpaq əllərlə iki qara təlxə (ilan növü) tutması ilə öyünüb.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.

Nazir görüntülərdə qeyd edib ki, ilanlar aktiv şəkildə müqavimət göstərib, qaçmağa çalışıb və dişləyiblər, lakin ondan qurtula bilməyiblər.

Reportyorlar vurğulayıblar ki, Amerika mətbuatı Kennedinin qeyri-adi hobbisi barədə dəfələrlə yazıb.

Xüsusilə, aprel ayında "New York Post" qəzeti səhiyyə nazirinin uşaqları ilə birlikdə ailəvi səfəri zamanı yol kənarında bir yenotu yararaq tədqiq etməsi barədə material dərc etmişdi.

 

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO