Dünyada səssiz fəlakət böyüyür – 1,2 milyard insan təhlükə altındadır

Dünyada səssiz fəlakət böyüyür – 1,2 milyard insan təhlükə altındadır

Hazırda oxunan: Dünyada səssiz fəlakət böyüyür – 1,2 milyard insan təhlükə altındadır

615334

Psixi pozuntular artıq dünyada ən geniş yayılmış sağlamlıq problemlərindən birinə çevrilib.

Bizim.Media xəbər verir ki, “Lancet” jurnalında dərc olunan araşdırmaya əsasən, hazırda dünyada təxminən 1,2 milyard insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir.

Bu göstəricinin son 30 ildə demək olar iki dəfə artdığı bildirilir.

Məlumata görə, psixi problemlərlə ən çox qadınlar və 15–19 yaş arası yeniyetmələr üzləşir.
 

Xüsusilə təşviş pozuntularının 2019-cu ildən bəri 47 faiz, ağır depressiya hallarının isə 24 faiz artdığı qeyd olunur. Araşdırmada bu artımın əsas pik dövrünün COVID-19 pandemiyasından sonrakı mərhələyə təsadüf etdiyi vurğulanır.


Eyni zamanda, ağır depressiyadan əziyyət çəkən insanların cəmi 9 faizinin minimal səviyyədə adekvat müalicə aldığı bildirilir. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO