Starmer: Hörmüz boğazını yenidən açacaq bir razılaşmaya ehtiyacımız var

Starmer: Hörmüz boğazını yenidən açacaq bir razılaşmaya ehtiyacımız var

Hazırda oxunan: Starmer: Hörmüz boğazını yenidən açacaq bir razılaşmaya ehtiyacımız var

615115

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və İran arasında sazişin əldə olunması istiqamətində qeydə alınan irəliləyişi alqışlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə hökumət başçısı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Starmer regionda sabitliyin bərpasının və dəniz ticarətinin təhlükəsizliyinin vacibliyini vurğulayıb:

"Biz münaqişəyə son qoyacaq və naviqasiya azadlığını qeyd-şərtsiz, qeyri-məhdud şəkildə təmin etməklə Ormuz boğazını yenidən gəmilərin üzünə açacaq bir razılaşmanın əldə olunmasını görməliyik".

Baş nazir, həmçinin rəsmi Londonun Tehranın nüvə proqramı ilə bağlı qəti mövqeyini bir daha xatırladıb:

"İranın nüvə silahı hazırlamasına heç vaxt icazə verilməməsi həyati əhəmiyyət kəsb edir. Mənim rəhbərlik etdiyim hökumət Britaniya xalqını bu münaqişənin fəsadlarından qorumaq üçün əlindən gələni etməyə davam edəcək".

Starmerin sözlərinə görə, London yaranmış bu fürsətdən yararlanmaq və regionda uzunmüddətli diplomatik nizamlanmaya nail olmaq üçün beynəlxalq tərəfdaşlarla birgə fəaliyyətini gücləndirəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO