ABŞ Maduroya qarşı yeni ittihamlar hazırlayır

ABŞ Maduroya qarşı yeni ittihamlar hazırlayır

Hazırda oxunan: ABŞ Maduroya qarşı yeni ittihamlar hazırlayır

614223

ABŞ prokurorluğu, mövcud işin kifayət qədər əsasa malik olmaması ilə bağlı narahatlıqlar fonunda Venesuela Prezidenti Nikolas Maduro və onun xanımı Siliya Floresə qarşı yeni ittihamlar hazırlayır.

Bizim.Media xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS" telekanalı məlumat yayıb.

"Mayamidəki prokurorlar, Maduroya qarşı hazırkı işin zəif olmasından ehtiyat edərək, ona qarşı yeni cinayət araşdırmasına başlamaq barədə göstəriş alıblar", — deyə materialda bildirilib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya bir sıra hava hücumları həyata keçirərək Maduro və həyat yoldaşını əsir götürüb.
 

Saxlanılan siyasətçi Nyu-Yorka gətirilib və burada ona qarşı narkoterrorizm və digər cinayətlərlə bağlı ittihamlar irəli sürülüb.


Yanvarın 5-də Maduronun işi üzrə ilk məhkəmə iclası keçirilib və onun nəticələrinə əsasən o, həbsdə saxlanılıb. Venesuela prezidentinin işi üzrə ikinci məhkəmə iclası isə martın 26-da baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO