Putin BƏƏ prezidentinə təşəkkür etdi - Ukraynaya görə...

Putin BƏƏ prezidentinə təşəkkür etdi - Ukraynaya görə...

Hazırda oxunan: Putin BƏƏ prezidentinə təşəkkür etdi - Ukraynaya görə...
613564
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya lideri Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, siyasətçilər Yaxın Şərqdəki və İran ətrafındakı böhranlı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

“Hər iki tərəf regionun bütün dövlətlərinin maraqları lazımi dərəcədə nəzərə alınmaqla, kompromisli sülh razılaşmalarının hazırlanması üçün siyasi-diplomatik prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb", - məlumatda qeyd olunub.

Bundan əlavə, tərəflər Rusiya Federasiyası ilə BƏƏ arasında siyasi, ticarət və iqtisadi sahələrdə qarşılıqlı fəaliyyətin inkişafından məmnunluqlarını ifadə ediblər.

Mətbuat xidmətinin vurğuladığına görə, Vladimir Putin və Məhəmməd bin Zayed Al Nəhyan fəal ikitərəfli təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Rusiya Prezidenti, həmçinin Ukraynadakı münaqişə ilə bağlı humanitar tapşırıqların həllində göstərdiyi müntəzəm köməkliyə görə Əbu-Dabiyə təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO