Xameneyinin müşaviri BƏƏ və Küveytə XƏBƏRDARLIQ ETDİ

Xameneyinin müşaviri BƏƏ və Küveytə XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: Xameneyinin müşaviri BƏƏ və Küveytə XƏBƏRDARLIQ ETDİ

613561

Bu gün İranın ali liderinin müşaviri Məhəmməd Moxber BƏƏ və Küveytə sərt mesaj ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Tehran uzun müddət bu ölkələri “dost və qardaş” hesab edib, ancaq onlar “öz suverenliklərindən faktiki olaraq imtina edərək” ərazilərinin və infrastrukturlarının İranın düşmənləri və “Fələstinin əleyhinə” istifadə edilməsinə imkan veriblər.

Moxber bildirib ki, İslam Respublikasının son müharibə zamanı CENTCOM-a aid icarəyə götürülmüş postlara cavabı “tam miqyaslı olmayıb”, ancaq İranın təmkini əbədi davam etməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO