“McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?

“McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?

Hazırda oxunan: “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
613186
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ lideri Donald Tramp və Çin sədri Si Cinpin arasında keçirilən danışıqların ilk günü xüsusi şam yeməyi ilə yekunlaşıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.
 

Məlumata görə, siyasətçilər üçün hazırlanan menyuda pomidor şorbasında lobster, xırtıldayan mal əti qabırğaları, Pekin ördəyi və pörtlədilmiş mövsüm tərəvəzləri yer alıb. Masada həmçinin xardal sousunda zəif odda bişirilmiş qızılbalıq, donuz əti ilə bulka və balıqqulağı formasında şirniyyatlar olub.


Nəşr diqqəti ona çəkib ki, ziyafətdə Tramp faktiki olaraq öyrəşmədiyi təamları dadmağa məcbur edilib. Çünki ABŞ prezidenti “McDonald's” şəbəkəsinin hamburqerləri və kartof qızartmasına olan sevgisi ilə tanınır.

Qeyd edək ki, mayın 13-də Çinə dövlət səfərinə gedən Tramp Si Cinpinlə görüşünü “mükəmməl” adlandırıb. O, həmçinin Çini “inanılmaz və gözəl yer” kimi xarakterizə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO