İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Hazırda oxunan: İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

613022

Rusiyanın Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsindəki fəaliyyəti Moskvanın Yaxın Şərq böhranı kontekstində təhlükəsizlik qarantı rolunda çıxış etdiyini nümayiş etdirib.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu haqda İran Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqiri Rusiyanın Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov ilə görüşü zamanı bildirib.

Baqiri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Təhlükəsizlik Şurası katiblərinin bu forumun 21-ci sessiyası çərçivəsində keçirilən görüşündə İran nümayəndə heyətinə rəhbərlik edir.

O qeyd edib ki, ABŞ-ın beynəlxalq səhnədəki hərəkətləri onun dünyanı "qanunun olmadığı bir cəngəlliyə" çevirmək cəhdindən xəbər verir.
 

"Rusiyanın ABŞ və İsrailin təcavüzünə qarşı qətiyyətli mövqeyi göstərdi ki, Rusiya beynəlxalq hüquqa əsaslanaraq dünyanın cəngəlliyə çevrilməsinə icazə verməyəcək", — deyə İran Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.


O, həmçinin vurğulayıb ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasında qeyri-sabitlik yaratmağa yönəlmiş ABŞ qətnamə layihəsinə veto qoyması onun təhlükəsizliyin qarantı kimi rolunu təsdiqləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO