İspaniyalı məşhur rejissor Pedro Almodovar Hollivudun Donald Tramp və Qəzzadakı müharibəyə qarşı kifayət qədər fəal etiraz etmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, 76 yaşlı rejissor bu barədə “Los Angeles Times” nəşrinə müsahibəsində danışıb.
Almodovar “Oskar” mərasiminin yetərincə siyasiləşməməsindən məyus olduğunu deyib. O, ilin ən böyük kino tədbirində ulduzların kütləvi şəkildə etiraz xarakterli bəyanatlar verməməsini tənqid edib.
Rejissorun sözlərinə görə, məşhurlar Donald Trampın siyasətinə və İsrailin Qəzzadakı hərəkətlərinə qarşı açıq çıxış etməkdən çəkinirlər.
Almodovar xüsusilə həmyerlisi Xavyer Bardemi nümunə göstərib. O bildirib ki, Bardem Fələstinə açıq dəstək verməklə siyasi cəsarət nümayiş etdirən azsaylı ulduzlardan biridir.
Lakin rejissorun bu fikirləri tənqidlərə səbəb olub. Bir çox şərhçi qeyd edib ki, Hollivud onsuz da uzun müddətdir siyasi manifestlər meydanına çevrilib. Qırmızı xalı mərasimlərində məşhurlar tez-tez anti-İsrail, anti-Tramp və miqrasiya siyasətinə qarşı şüarlar, nişanlar və aksessuarlarla görünürlər.
Son mükafatlandırma mərasimlərində də bir çox aktyor və musiqiçi açıq siyasi mövqe nümayiş etdirib. Onlar ICE əleyhinə şüarlardan tutmuş Qəzzada atəşkəsə dəstək simvollarına qədər müxtəlif mesajlarla çıxış ediblər.
Almodovarın tənqidçiləri hesab edirlər ki, onun iddiaları reallıqdan uzaq görünür. Onlar rejissorun Amerikanın artıq demokratiya olmadığı barədə sözlərini həddindən artıq radikal və faktlara uyğun olmayan fikir kimi qiymətləndiriblər.
Rejissor həmçinin bildirib ki, ABŞ-da demokratik proses avtoritar sistemin yaranmasına gətirib çıxarıb və bunu “kədərli paradoks” adlandırıb.
Bu açıqlamalar isə Almodovarın Amerika siyasətinə yalnız elit kino icmasının prizmasından baxdığı, daha geniş ictimai əhval-ruhiyyəni anlamadığı barədə ittihamları daha da gücləndirib.
Bizim.MediaPedro Almodovar ABŞ-ı “totalitar rejim” adlandırdı

Bizim.Media