Güləş turnirindən sonra qalibin atası öldürüldü

Güləş turnirindən sonra qalibin atası öldürüldü

Hazırda oxunan: Güləş turnirindən sonra qalibin atası öldürüldü
612585
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 9-da Surxandərya vilayətinin Denau rayonunda kuraş turniri zamanı yarış iştirakçılarından birinin atası qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, turnir yerli tibb texnikumunun stadionunda keçirilib və bu barədə "Kun.uz" portalı məlumat yayıb.
 

Döyüşlərdən birində Nizomiddin Çutboyevin oğlu Ayubxan Xurramov rəqibi Bustanbek Jabborov üzərində qələbə qazanıb. Qarşılaşma başa çatdıqdan sonra məğlub olan idmançının qardaşı Doston Jabborov Çutboyevə yaxınlaşaraq ona bir neçə bıçaq zərbəsi endirib.


Zərərçəkmiş ağır vəziyyətdə rayon tibb birliyinə çatdırılsa da, göstərilən yardımlara baxmayaraq reanimasiyada dünyasını dəyişib. Məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə görə, mərhuma dörd bıçaq zərbəsi vurulub.

Əvvəllər məhkumluğu olan şübhəli şəxs cinayət başında yaxalanaraq saxlanılıb.

Qeyd edək ki, kuraş Mərkəzi Asiya ölkələrində geniş yayılmış ənənəvi güləş növüdür. Bu idman növünün qaydalarına görə, atışlara və ayaqla fəndlərə icazə verilir, lakin zərbələr, ağrılı və boğucu fəndlər qadağandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO