Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Hazırda oxunan: Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

612579

Avropa İttifaqı (Aİ) Ermənistanın Rusiya ilə əlaqələrini zəiflətməyə və respublika üzərindəki nüfuzunu gücləndirməyə çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə mayın 12-də Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin danışıb.

"Bəyan edilən məqsədlər, əlbəttə ki, nəcib səslənə bilər, lakin əslində missiyaların təyinatı göz qabağındadır — Avropa İttifaqının respublikanın (Ermənistanın) ictimai-siyasi həyatı və iqtisadiyyatı üzərində nəzarətini gücləndirmək, bununla da onun Moskvadan qoparılmasına şərait yaratmaqdır", — deyə o, TASS-a müsahibəsində qeyd edib.

Kaluqin həmçinin diqqətə çatdırıb ki, Avropa nümayəndələri qəsdən Rusiyanı Ermənistanın müstəqilliyinin rəqibi kimi təqdim edərək mənfi obraz yaradırlar. Bundan əlavə, diplomatın sözlərinə görə, Aİ respublika daxilindəki proseslərdə öz fəal iştirakına göz yumaraq, Moskvanı əsassız olaraq hibrid hücumlarda və Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edir.

"Ümumiyyətlə, Aİ digər ölkələrdəki seçki proseslərinə rəhbərlik etmək cəhdləri zamanı dəfələrlə ifşa olunub. Bu mesajların yayılmasına bəzi Ermənistan KİV-lərinin və rəsmi şəxslərinin də qoşulduğunu müşahidə edirik", — deyə Kaluqin fikirlərini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO