Malayziya Kralı Moskvadan limuzinlə qayıtdı

Malayziya Kralı Moskvadan limuzinlə qayıtdı

Hazırda oxunan: Malayziya Kralı Moskvadan limuzinlə qayıtdı

612537

Bu il Qırmızı Meydanda keçirilən Qələbə paradında iştirak edən Malayziya Kralı İbrahim Rusiyanı yeni avtomobillə — "Aurus Senat" markalı rus limuzini ilə tərk edib.

Bizim.Media xəbər verir ki, monarx özünün "Facebook" səhifəsində bu avtomobilə sahib olmağı "xüsusi şərəf" adlandırıb.

O vurğulayıb ki, limuzin Malayziya ilə Rusiya Federasiyası arasındakı "möhkəm dostluğun və isti münasibətlərin" rəmzidir.
 

Avtomobilin açarlarının təqdim edilməsi Moskvadakı "Xüsusi Təyinatlı Qaraj" muzeyində baş tutub. Bununla belə, paylaşımda kralın avtomobili satın aldığı, yoxsa hədiyyə olaraq qəbul etdiyi qeyd olunmayıb.


Avtomobilin texniki göstəriciləri:

"Aurus Senat" 4,4 litrlik V8 mühərriki və elektrik mühərriki əsasında qurulmuş, ümumi gücü 598 at gücü olan hibrid güc qurğusu ilə təchiz edilib. Salonda premium materiallardan istifadə olunub, xüsusi versiyalarda isə avtomobilin zirehlənməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO