“İranla aparılan danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Hörmüz boğazında gəmilərin tranzit təhlükəsizliyini təmin etməyə yönəlmiş “Azadlıq layihəsi” əməliyyatını bərpa edə bilər”.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Əgər heç bir nəticə əldə olunmasa, biz “Azadlıq layihəsi”nə qayıda bilərik. Lakin bu proses layihəyə müsbət təsir göstərə bilər”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, mayın 4-də ABŞ Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə kömək məqsədilə “Azadlıq Layihəsi” adlı əməliyyata başladığını elan edib. Cəmi iki gün sonra - mayın 6-da isə layihə müvəqqəti dayandırılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:46 / 09.05.2026
Trampdan İrana XƏBƏRDARLIQ – “Əməliyyat bərpa oluna bilər” - VİDEO
Hazırda oxunan: Trampdan İrana XƏBƏRDARLIQ – “Əməliyyat bərpa oluna bilər” - VİDEO
Hazırda oxunan: Trampdan İrana XƏBƏRDARLIQ – “Əməliyyat bərpa oluna bilər” - VİDEO
612075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































