Körfəz Əməkdaşlıq Şurasından İrana XƏBƏRDARLIQ: BƏƏ-nin yanındayıq!

Körfəz Əməkdaşlıq Şurasından İrana XƏBƏRDARLIQ: BƏƏ-nin yanındayıq!

Hazırda oxunan: Körfəz Əməkdaşlıq Şurasından İrana XƏBƏRDARLIQ: BƏƏ-nin yanındayıq!

611824

Körfəz Əməkdaşlıq Şurasının baş katibi İranın BƏƏ-yə qarşı mövqeyini və hücumlarını pisləyərək, Tehranı gərginliyi artırmaqda və regionu qeyri-sabitləşdirməkdə günahlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında dərc olunub.
 

Məlumatda bildirilib ki, çərşənbə axşamı İranın Xarici İşlər Nazirliyinin bəyanatına və Birləşmiş Ərəb Əmirliklərinə son hücumlara cavab olaraq Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Bədəvi Tehranın mövqeyini "yalan və qəbuledilməz iddialar" adlandırıb.


O bildirib ki, İslam Respublikası təkcə BƏƏ ərazisinə qarşı "təcavüzkar hücumlar" həyata keçirməyib, həm də "faktları təhrif etməyə" çalışmaqda davam edir.

Qeyd edilib ki, bu reaksiya İranın Xarici İşlər Nazirliyinin BƏƏ-ni "düşmən ölkələrlə əlbir olmaqda" və xarici hərbi bazalara ev sahibliyi etməkdə günahlandırmasından sonra yaranıb.

Əl-Bədəvi açıqlamasında bu addımın İslam Respublikasının bölgədə gərginlik yaratmaq üçün davamlı yanaşmasının və Tehranın açıq şəkildə regional təhlükəsizliyi pozmağa doğru irəlilədiyinin göstəricisi olduğunu qeyd edib.

Körfəz Əməkdaşlıq Şurasının baş katibi şuranın altı üzv dövlətin hamısının BƏƏ-nin yanında olduğunu və onun təhlükəsizliyini və suverenliyini qorumaq üçün addımlarını dəstəklədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO