Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, səfərbərliyin elan olunması Kremlin gündəmində deyil.
"Bizim belə müzakirələrimiz yoxdur" ,- Peskov bununla bağlı suala cavab verib.
Məlumat üçün bildirək ki, Voronej vilayətinin hərbi komissarlığının yerli sakinlərə çağırış vərəqələri paylamağa başladığı bildirilib. Bölgənin səlahiyyətli orqanlarına görə, çağırış vərəqələrinin verilməsində məqsəd Voronej hərbi komissarlığında hərbi qeydiyyat məlumatlarını yeniləməkdir. Çağırış vərəqələri vətəndaşların yaşadığı və işlədiyi yer üzrə təhvil veriləcək.
Martın 10-da Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində əlavə tədbirlər həyata keçirmədiyini və planlaşdırmadığını açıqladı.(publika.az)

































































































