İranda “İsa Məsih” olduğunu iddia edən şəxs saxlanılıb

İranda “İsa Məsih” olduğunu iddia edən şəxs saxlanılıb

Hazırda oxunan: İranda “İsa Məsih” olduğunu iddia edən şəxs saxlanılıb

611363

İranın Yəzd əyalətində xristianlığı qəbul edən üç nəfərin həbs edildiyi bildirilib.

Bizim.Media bu barədə HRANA xəbər agentliyinə istinadla məlumat verir. 

Agentliyin xəbərində qeyd olunub ki, saxlanılan şəxslər “ev kilsəsi yaratmaq” və “xristianlığı təbliğ etmək”də ittiham olunurlar. 

Eyni zamanda “Mehr News” agentliyi Yəzd əyalətinin prokuroru Mehdi Həsənpura istinadən yazıb ki, hüquq-mühafizə orqanları özünü əvvəlcə “tanrı tərəfindən seçilmiş”, daha sonra isə “İsa Məsih” kimi təqdim edən təriqət qurucusunu saxlayıblar. 
 

Prokurorun sözlərinə görə, həmin şəxs xurafatdan istifadə edərək qeyri-adi asketik təcrübələri təbliğ edib və tərəfdarlarını öz məqsədləri üçün yönləndirib.


O, təriqət üzvlərinin “Quran”ı yandırmaqda, müqəddəs yerləri və din xadimlərini təhqir etməkdə, eləcə də İsrailin İran üzərində qələbəsi üçün dua etməkdə günahlandırıldığını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO