İsrail ordusu yeni qırıcılar alacaq - FOTO

İsrail ordusu yeni qırıcılar alacaq - FOTO

Hazırda oxunan: İsrail ordusu yeni qırıcılar alacaq - FOTO

610868

İsrail Müdafiə Nazirliyinin satınalmalar üzrə komitəsi ordu üçün iki yeni qırıcı eskadrilyanın alınmasını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Söhbət “Lockheed Martin” istehsalı olan dördüncü F-35 eskadrilyası və “Boeing” istehsalı olan ikinci F-15IA eskadrilyasından gedir.

On milyardlarla şekel dəyərində qiymətləndirilən razılaşmalar yeni təyyarələrin İsrail Hərbi Hava Qüvvələrinə tam inteqrasiyasını, texniki xidməti, ehtiyat hissələrini və logistika dəstəyini əhatə edir.
 

Nazirlik bildirib ki, bu qərar İsrail ordusunun gücləndirilməsi üzrə onillik planın bir hissəsidir. Plan Baş nazir və müdafiə naziri tərəfindən təsdiqlənib.


Müdafiə Nazirliyinin baş direktoru razılaşmaların yekunlaşdırılması üçün amerikalı tərəfdaşlarla danışıqları davam etdirməyi tapşırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO