Bu ölkədə dövlət universitetləri rəqəmsal tələbə biletlərinə keçdi

Bu ölkədə dövlət universitetləri rəqəmsal tələbə biletlərinə keçdi

Hazırda oxunan: Bu ölkədə dövlət universitetləri rəqəmsal tələbə biletlərinə keçdi

610863

Rusiyanın bütün dövlət ali məktəbləri rəqəmsal tələbə biletləri sisteminə keçib.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın elm və ali təhsil nazirinin müavini Dmitri Omelçuk açıqlayıb.

Onun sözlərinə görə, artıq hər bir universitet tələbələrlə bağlı məlumatları dövlət informasiya sisteminə ötürməlidir.

Bildirilib ki, vahid dövlət xidmətləri portalında təxminən 5 milyon elektron tələbə bileti formalaşdırılıb.
 

Bununla belə, tələbələr istədikləri halda kağız tələbə bileti də rəsmiləşdirə biləcəklər.


Omelçuk bildirib ki, yaxın 2-3 il ərzində rəqəmsal tələbə biletinin daha rahat, praktik və effektiv olduğu hamı tərəfindən qəbul ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO