Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

Hazırda oxunan: Tramp: “İran son 47 ildə bəşəriyyətə etdiklərinə görə... ”

610829

İranın bizə göndərdiyi planı tezliklə nəzərdən keçirəcəyəm.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

“Amma təsəvvür edə bilmirəm ki, bu, qəbuledilən olsun, çünki onlar son 47 ildə bəşəriyyətə və dünyaya etdiklərinə görə hələ kifayət qədər böyük qiymət ödəməyiblər”, - deyə o bildirib.

Xatırladaq ki, İran ABŞ-a döyüş əməliyyatlarının tam dayandırılması üçün 14 maddədən ibarət "yol xəritəsi" təqdim edib. Sənəd Pakistan vasitəsilə Vaşinqtona çatdırılıb. İran tərəfi bunu ABŞ-dan daha əvvəl daxil olan 9 maddəlik təşəbbüsə cavab olaraq hazırlayıb.

Məlumata görə, İranın təqdim etdiyi sənəd təkcə tələbləri əks etdirmir, həm də mərhələli nizamlanma planını ehtiva edir. Lakin sənədin detalları hələ açıqlanmayıb.

Qeyd olunur ki, tərəflər arasında birbaşa danışıqlar aparılmasa da, vasitəçilər üzərindən dialoq davam edir. İranın bu təşəbbüsü müvəqqəti razılaşmalardan fərqli olaraq, münaqişənin tam həllinə yönəlmiş addım kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO