Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar

Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar

Hazırda oxunan: Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar
610533
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyanın El Byerso bölgəsində yerləşən San Fakundo kəndi azsaylı əhalisinə baxmayaraq, turizm sahəsində uğurlu model kimi ön plana çıxır. 

Bizim.Media xəbər verir ki, cəmi 16 nəfərin yaşadığı kənd hər il təxminən 25 min turist qəbul edir.
 

Dağlıq ərazidə yerləşən bu yaşayış məntəqəsi müasir infrastruktur və təbii mühitin qorunması ilə Avropada kənd turizmi istiqamətləri arasında özünə yer qazanıb. San Fakundo ziyarətçilərə həm sakitlik, həm də müxtəlif imkanlar təqdim edir.


Kənddə yerli idarəetmənin təşəbbüsü ilə pulsuz “Wi-Fi”, müasir işıqlandırma və səhiyyə məsləhəti kimi xidmətlər təmin olunur.

Eyni zamanda, 1980-ci illərdən fəaliyyət göstərən ənənəvi restoranlar, təbiətlə əhatə olunmuş çay çimərliyi və gəzinti marşrutları kəndin cazibəsini artırır.

Son 30 ildə kəndin inkişafında keçmiş mədənçi və mer Rikardo Vilanın idarəetmə yanaşması mühüm rol oynayıb. Onun strategiyası kəndi kütləvi turizm mərkəzinə çevirməkdən çox, sakinlərin həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlib. Bu yanaşma isə dolayısı ilə bölgəni sakit və təbii istirahət axtaran turistlər üçün cəlbedici edib.

Kənd həmçinin Las Medulas, Vilafranka del Byerso və Ankares dağları kimi məşhur turizm məkanlarına yaxın yerləşməsi ilə də diqqət çəkir.

Təbii çayları və meşələri ilə San Fakundo ilin bütün fəsillərində qonaqları cəlb edir və İspaniyanın az tanınan kənd irsinin nümunəsi hesab olunur. (qafqazinfo.az)

Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 1
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 2
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 3
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 4
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 5
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 6
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 7
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 8
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 9
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 10
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 11
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 12
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 13
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 14
Bu kəndin 16 sakini var, amma 25 min turist gəlir - Fotolar - foto 15

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO