Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

Hazırda oxunan: Politico: NATO Rusiya ilə müharibəyə hazır deyil – 5 ƏSAS SƏBƏB

609951

İranla müharibə NATO-nun birbaşa iştirakı olmadan davam etsə də, alyansın sistemli zəif tərəflərini üzə çıxarıb. Bu problemlər Rusiya ilə mümkün münaqişə zamanı kritik xarakter ala bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Politico yazıb.

Nəşr NATO-nun Rusiya ilə mümkün müharibəyə hazır olmadığını göstərən 5 əsas faktoru sadalayıb.
 

Birinci problem sursat çatışmazlığıdır. Bildirilir ki, ABŞ artıq əsas Patriot raket ehtiyatlarının təxminən yarısını istifadə edib. Fransa rəsmiləri isə müharibənin ilk həftələrində Aster və Mica raketlərinin çatışmazlığı ilə bağlı xəbərdarlıq edirlər.


“Rheinmetall” və MBDA kimi müdafiə şirkətləri tələbatın kəskin artdığını və ehtiyatların çatışmaması riskinin yüksəldiyini bildirirlər.

Ekspertlərin qiymətləndirməsinə görə, Rusiya ayda 6-7 minədək zərbə PUA-sı istehsal edə bilər. Bu isə NATO-nun hava hücumundan müdafiə ehtiyatlarını sürətlə tükəndirə bilər.

İkinci problem havada üstünlük məsələsidir. ABŞ-ın intensiv hava kampaniyasına baxmayaraq, İran Fars körfəzi ölkələrinə zərbələr endirməyə davam edir. Bu, rəqibi bombardmanlar vasitəsilə təslim olmağa məcbur etmə konsepsiyasını sual altına qoyur.

Ekspertlər hesab edirlər ki, NATO strategiyasını yenidən nəzərdən keçirməli və düşmənin infrastrukturuna zərbələr üçün uzaqmənzilli yüksək dəqiqlikli silahlara daha çox üstünlük verməlidir.

Üçüncü amil hərbi-dəniz qüvvələrinin zəifliyidir. Avropa donanmalarının regionda məhdud iştirakı investisiya çatışmazlığını və hazırlıq səviyyəsinin aşağı olduğunu göstərib.

Buna nümunə kimi Britaniyanın HMS Dragon esminesi göstərilir. Gəmi bölgəyə göndərildikdən sonra texniki nasazlıq səbəbindən limana qayıtmalı olub.

Politico yazır ki, Rusiya ilə mümkün münaqişədə donanma mühüm rol oynayacaq. Bu, xüsusilə sualtı qayıqlara və “Kalibr” raketlərinin daşıyıcılarına qarşı mübarizə baxımından vacibdir.

Dördüncü problem NATO daxilində parçalanmadır. İranla müharibə alyans daxilində fikir ayrılıqlarını daha da artırıb. Nəşrin fikrincə, Rusiya ilə birbaşa münaqişə baş verərsə, bəzi ölkələr yalnız simvolik iştirakla kifayətlənə və ya aktiv hərəkətlərdən imtina edə bilər.

Beşinci amil isə Ukrayna təcrübəsidir. Bildirilir ki, münaqişənin ilk günlərində Kiyev PUA mütəxəssislərini Yaxın Şərqə göndərib və region ölkələri ilə uzunmüddətli müdafiə sazişləri bağlayıb.

kspertlər hesab edirlər ki, NATO Ukraynanın dron müharibəsi təcrübəsindən daha fəal istifadə etməli və Rusiya sərhədlərinə yaxın ərazilərdə PUA-lara qarşı müdafiə “kəməri” yaratmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO