Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

Hazırda oxunan: Konqresmen UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb etdi

609934

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Tim Berçett UNO-larla bağlı məxfi məlumatların açıqlanmasını tələb edib və naməlum mənşəli nəhəng obyekt barədə danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə The Hill məlumat yayıb.

Tennessi ştatından olan konqresmen bildirib ki, skeptiklər çox vaxt naməlum obyektləri ABŞ, Çin və ya Rusiyanın gizli hərbi texnologiyaları kimi təqdim edirlər. Lakin Berçett bu versiya ilə razılaşmır.

Onun sözlərinə görə, əgər Çin və ya Rusiyada belə uçuş aparatları olsaydı, onlar bundan artıq istifadə edərdilər.

“Əgər bunlar bizim olsaydı, yarım milyard dollarlıq təyyarələrdə döyüşərək hərbçilərin həyatını riskə atmazdıq. Bu obyektlər saatlarla havada qala, sonra isə birbaşa yuxarı qalxa bilir, istənilən səmtdən hücum edə bilir”, - deyə konqresmen bildirib.

Berçett daha sonra ABŞ admiralı ilə söhbətini xatırladıb. Onun sözlərinə görə, admiral döyüş gəmisinin radarında qeydə alınan nəhəng sualtı obyektdən danışıb.

İddia olunur ki, naməlum aparat futbol meydançası böyüklüyündə olub və saatda 300 kilometrdən artıq sürətlə hərəkət edib.

“Bizdə nə ölçüsünə, nə də sürətinə görə buna bənzər heç nə yoxdur”, - deyə konqresmen əlavə edib.

“The Hill” qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp aprelin 17-də Turning Point USA tədbirində çıxışı zamanı UNO-larla bağlı məxfi materialların “çox, çox yaxın zamanda” dərc olunmağa başlayacağını bildirib.

Berçettin açıqlaması ABŞ-da nüvə texnologiyaları, kosmik tədqiqatlar və UNO mövzusu ilə bağlı alimlərin müəmmalı ölümləri və yoxa çıxması barədə araşdırmalar fonunda səslənib.

Daha əvvəl NASA-nın mətbuat katibi Betani Stivens agentliyin araşdırmaya qoşulduğunu və səlahiyyətli orqanlara bütün zəruri məlumatları təqdim edəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO