Dostlarının sözü ilə heykələ dırmaşdı – Beş min avro ZİYANA DÜŞDÜ

Dostlarının sözü ilə heykələ dırmaşdı – Beş min avro ZİYANA DÜŞDÜ

Hazırda oxunan: Dostlarının sözü ilə heykələ dırmaşdı – Beş min avro ZİYANA DÜŞDÜ

609052

İtaliyanın Florensiya şəhər hakimiyyəti tarixi Neptun fəvvarəsinə çıxan turist qadından 5 min avro məbləğində cərimə tələb etməyə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
 

Məlumata görə, polis qadına memarlıq irsinə zərər vurmaq ittihamı irəli sürüb. Turistin milliyyəti açıqlanmayıb. Bildirilir ki, qadın dostlarının təklifi ilə “Neptun heykəlinin cinsiyyət orqanına toxunmaq” məqsədilə fəvvarəyə qalxıb.


Ekspertlərin ilkin rəyinə əsasən, qadının yıxılmamaq üçün tutduğu at fiqurlarına və fəvvarənin bəzi hissələrinə “əhəmiyyətsiz görünsə də, ciddi” ziyan dəyib.

Qeyd edək ki, Neptun fəvvarəsi Florensiyanın məşhur heykəltəraşlıq abidələrindən biridir. O, XVI əsrin ikinci yarısında I Kozimo de Mediçinin sifarişi ilə oğlunun Avstriyalı İoanna ilə evliliyi şərəfinə yaradılıb.

Bu, abidəyə ilk müdaxilə halı deyil. 2005-ci ildə ziyarətçilərdən biri heykəlin qolunu sındırdıqdan sonra əraziyə müşahidə kameraları quraşdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO