Britaniyada sinaqoqa HÜCUM – İki gənc saxlanıldı

Britaniyada sinaqoqa HÜCUM – İki gənc saxlanıldı

Hazırda oxunan: Britaniyada sinaqoqa HÜCUM – İki gənc saxlanıldı

608254

Böyük Britaniyanın paytaxtı London şəhərində sinaqoqu yandırmağa cəhdlə bağlı iki nəfər saxlanılıb.

Bizim.Media “Reuters” agentliyinə istinadla xəbər verir ki, yaşı 17 və 19 olan iki şübhəli həftəsonu şəhərin şimal hissəsində yerləşən sinaqoqu yandırmağa cəhd edib. 

Hadisə nəticəsində binaya cüzi ziyan dəyib, xəsarət alan olmayıb. 

Qeyd olunur ki, bu hadisə son həftələrdə Britaniya paytaxtında yəhudi obyektlərinə qarşı törədilən bir sıra yanğın hadisələrinin davamıdır.
 

Bundan əvvəl Londonda fəaliyyət göstərən yəhudi təşkilatının binasına qarşı törədilən yanğına görə məsuliyyəti İranyönümlü qruplaşma öz üzərinə götürmüşdü.


Böyük Britaniyanın Baş naziri Keir Starmer isə paytaxtda baş verən antisemit yönümlü yanğınları kəskin şəkildə pisləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO