Tramp: “İran nüvə silahına sahib olmamağa razılıq verdi” – VİDEO

Tramp: “İran nüvə silahına sahib olmamağa razılıq verdi” – VİDEO

Hazırda oxunan: Tramp: “İran nüvə silahına sahib olmamağa razılıq verdi” – VİDEO

607601

“İran nüvə silahı yaratmamağa razılaşıb”

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında bildirib. 

İran nüvə silahına sahib olmamağa razı oldu, onlar buna çox qətiyyətlə razılaşdılar. Onlar nüvə tozunu bizə qaytarmağa razılaşdılar. İranla bir çox razılaşmamız var və düşünürəm ki, çox müsbət bir hadisə baş verəcək”, - deyə Tramp qeyd edib.

Ağ Ev rəhbəri qeyd edib ki, Tehran sülh sazişi bağlamaqdan imtina etsə, hərbi əməliyyatlar bərpa oluna bilər.

Bununla yanaşı, o, ABŞ və İran arasında növbəti danışıqlar raundunun bu həftə sonu başlaya biləcəyini istisna etməyib.

Xatırladaq ki, aprelin 8-də ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO