Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Hazırda oxunan: Putin azərbaycanlı alimi təltif etdi – FOTO
603022
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru Vaqif Kərimovu təltif edib.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, Putinin imzaladığı fərmanla Vaqif Yunus oğlu Kərimov Rusiya Federasiyasının “Əməkdar Elm Xadimi” fəxri adına layıq görülüb.

Qeyd edək ki, V. Kərimov 1949-cu ildə Bakıda doğulub.
 

Geologiya və mineralogiya elmləri doktoru və professor olan Kərimov geologiya, neft və qaz kəşfiyyatı sahəsində aparıcı alimdir və 50 ildən artıqdır ki, elmi və pedaqoji fəaliyyətlə məşğuldur.


Karyerası ərzində Sovet İttifaqı və Rusiya Federasiyası universitetlərində rəhbər vəzifələrdə çalışıb, o cümlədən İ.M. Qubkina adına Rusiya Dövlət Neft və Qaz Universitetində Neft və qaz kəşfiyyatı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri (2009-2018) vəzifəsini tutub. 2017-ci ildən indiyədək isə Moskvadakı Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri vəzifəsində çalışır.

Putin azərbaycanlı alimi təltif etdi – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO