Avropanın Rusiya enerji resurslarından asılılıq dövrü başa çatır - Şarl Mişel

Avropanın Rusiya enerji resurslarından asılılıq dövrü başa çatır - Şarl Mişel

Hazırda oxunan: Avropanın Rusiya enerji resurslarından asılılıq dövrü başa çatır - Şarl Mişel
601115
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı (Aİ) qlobal iqtisadi riskləri azaltmaq üçün təchizat zəncirlərini şaxələndirməlidir.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sabiq prezidenti və Belçikanın keçmiş Baş naziri Şarl Mişel XIII Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, qlobal iqtisadi mühit sürətlə dəyişir və Avropa yeni reallıqlara uyğun iqtisadi strategiya formalaşdırmalıdır.
 

Şarl Mişelin sözlərinə görə, Avropanın Rusiya enerji resurslarından və Çin təchizat zəncirlərindən asılı olduğu dövr artıq başa çatır.


“Biz təchizat zəncirlərimizi şaxələndirməliyik. Rusiya fosil yanacaqlarından və Çin istehsal zəncirlərindən asılı olduğumuz dövr artıq geridə qalır”, – o qeyd edib.

Şarl Mişel əlavə edib ki, Avropa İttifaqı rəqabət qabiliyyətini artırmaq üçün iqtisadi əsaslarını gücləndirməli və tənzimləmə siyasətini daha səmərəli qurmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO