“Kremldə çaxnaşma başlayıb”.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sabiq birinci müavini Sergey Aleksaşenko öz Tvitter səhifəsində qeyd edib.
O, rublla baş verənlərin Mərkəzi Bankın “işi” olduğunu və bununla da həm Mərkəzi bankda, həm də Kremldə çaxnaşma başladığını deyib.
Qeyd edək ki, bir neçə həftə rus valyutasının dəyəri düşəndən sonra dollar və avroyla müqayisədə rubl əhəmiyyətli dərəcədə möhkəmlənib.





































































































