Zelenski və həyat yoldaşının varidatı açıqlandı

Zelenski və həyat yoldaşının varidatı açıqlandı

Hazırda oxunan: Zelenski və həyat yoldaşının varidatı açıqlandı
591888
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna lideri Volodimir Zelenski və həyat yoldaşı Olena banklardakı vəsaitləri istisna olmaqla, 595 min dollar nağd pula sahibdirlər.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, bu məbləğ onların əmlak bəyannaməsində əksini tapıb.
 

Zelenski və həyat yoldaşı nağd puldan əlavə, Ukrayna və İsveçdəki müxtəlif banklarda vəsait saxlayırlar. Mediada yayılan məlumata görə, cütlüyün hesablarında 3.059.441 qrivna (70.723 dollar), 363.485 avro və 53.494 ABŞ dolları var.


Zelenskilər tərəfindən bəyan edilən vəsaitlərin ümumi məbləği 1 milyon ABŞ dollarını ötür.

Cütlük, həmçinin “Breguet”, “Tag Heuer”, “Rolex”, “Piaget” və “Bovet” kimi brendlərin lüks saatlarına, zərgərlik məmulatlarına və iki avtomobilə (“Land Rover” və “Mercedes-Benz”) sahibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO