Londonun hava limanında oğrular 21 nəfərə XƏSARƏT YETİRDİ

Londonun hava limanında oğrular 21 nəfərə XƏSARƏT YETİRDİ

Hazırda oxunan: Londonun hava limanında oğrular 21 nəfərə XƏSARƏT YETİRDİ
584342
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həkimlər Londonun Hitrou hava limanında çamadan oğurluğuna cəhd zamanı avtomobil parkında bibər qazından istifadə edilən insident zamanı yaralanan 21 nəfərə tibbi yardım göstəriblər.

Bizim.Media xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında deyilir.

Polisin məlumatına görə, xəsarət alanlar arasında üç yaşlı qız da var. Beş nəfər əlavə müayinə üçün xəstəxanaya aparılıb; onların həyatları təhlükədə deyil.
 

"İlkin məlumata görə, 4 nəfərdən ibarət qrup bir qadının çamadanını oğurlayaraq, ona bibər qazı olduğu ehtimal edilən maddə çiləyib. Hadisə avtomobil parkındakı liftin içərisində baş verib, nəticədə liftdə və ətrafında olanlar xəsarət alıb", - Skotland-Yardın sözçüsü Peter Stevens bildirib.


Hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisədə əli olmaqda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO