HƏMAS daha iki israilli girovun cəsədini qaytardı – FOTO

HƏMAS daha iki israilli girovun cəsədini qaytardı – FOTO

Hazırda oxunan: HƏMAS daha iki israilli girovun cəsədini qaytardı – FOTO
575553
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

HƏMAS daha iki israilli girovun cəsədini qaytarıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) öz "Telegram" hesabında paylaşım edib.

Bildirilib ki, Milli Məhkəmə Tibbi İnstitutunun İsrail polisi və hərbi rabbinliyi ilə birgə apardığı şəxsiyyətin müəyyənləşdirilməsi prosesini başa çatıb. Məlumata görə, cəsədlər IDF baş serjantı Məhəmməd əl-Atraşa və "Nova" festivalından qaçırılan qadın girov İnbar Heymana aiddir, onların ailələrinə bununla bağlı məlumat veriblər.
 

"IDF-nin əlində olan kəşfiyyat məlumatlarına görə, İnbar Heyman 7 oktyabr 2023-cü ildə HƏMAS terror təşkilatı tərəfindən öldürülüb və cəsədi Qəzza zolağına aparılıb. Öldüyü zaman 27 yaşında olan İnbar "Nova" festivalı zamanı qaçırılıb. Onun ölümü 15 dekabr 2023-cü ildə elan edilib. Heymanın valideynləri və qardaşı sağdır.


Sava bölgəsindən olan baş serjant Məhəmməd Əl-Atraş İsrail Müdafiə Qüvvələrinin "Şimali Qəzza zolağı" briqadasında çalışıb. O, oktyabrın 7-də səhər döyüş zamanı öldürülüb, meyiti HƏMAS terror təşkilatı tərəfindən aparılıb. Məhəmməd öldüyü zaman 39 yaşında olub. Onun ölümü 24 iyun 2024-cü ildə elan edilib. Əl-Atraşın valideynləri, qardaşları və bacıları sağdır, iki arvadı və 13 uşağı qalıb", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, daha əvvəl HƏMAS dörd israilli girovun cəsədini verib və onlardan üçünün şəxsiyyəti müəyyənləşib, birinin isə israilli girovlara aidiyyətinin olmadığı bildirilib.

HƏMAS daha iki israilli girovun cəsədini qaytardı – FOTO - foto 1
HƏMAS daha iki israilli girovun cəsədini qaytardı – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO