Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər - TELEFON SÖHBƏTİ

Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər - TELEFON SÖHBƏTİ

Hazırda oxunan: Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər - TELEFON SÖHBƏTİ

49743

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefonla danışıb.

Bizim.Media xəbər verir ki, nazirlər Qarabağla bağlı məsələləri müzakirə ediblər.

Məsələnin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli və uzunmüddətli həllinin vacibliyi qeyd edilib.

Həmçinin, onlar 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin gedişatını müzakirə ediblər.

Telefon söhbətində  “3+3” formatı, regional və beynəlxalq gündəlikdəki məsələlərə də toxunulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO