Kadırov azərbaycanlı Elxan Süleymanovu Baş nazirin müavini təyin etdi

Kadırov azərbaycanlı Elxan Süleymanovu Baş nazirin müavini təyin etdi

Hazırda oxunan: Kadırov azərbaycanlı Elxan Süleymanovu Baş nazirin müavini təyin etdi

46939

Çeçenistanın azərbaycanlı səhiyyə naziri, ölkənin baş onkoloqu Elxan Süleymanov Baş nazirin müavini təyin edilib. 

Bizim.Media "Qafqaz Post"a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı Ramzan Kadırov əmr imzalayıb. 

Qeyd edək ki, Elxan Süleymanov 1974-cü il iyulun 15-də Azərbaycanın Qusar rayonunun Həzrə kəndində anadan olub. Milliyyətcə ləzgidir.

O, Bakıda 245 nömrəli orta məktəbi bitirib. Azərbaycan Tibb Universitetindən fərqlənmə diplomu ilə məzun olub. Ali məktəbi bitirdikdən sonra, 1998-1999-cu illərdə Bakı Xərçəng Araşdırmaları Mərkəzində işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO