Dünyada vurulan vaksin dozalarının sayı açıqlandı

Hazırda oxunan: Dünyada vurulan vaksin dozalarının sayı açıqlandı

30528

İyulun 30-dək dünya üzrə COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 4 milyard 70 milyonu ötüb.

Bizim.Media vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin dünyada ən çox peyvənd vurulan ölkədir - 1 milyard 620 milyon doza.

Bu göstəriciyə görə ikinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 456 milyon 33 min, ABŞ-da 344 milyon 70 min doza peyvənd vurulub.

Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (140 milyon 30 min), Almaniya (91 milyon 570 min), Böyük Britaniya (84 milyon 520 min), Yaponiya (84 milyon 10 min), Türkiyə (72 milyon 61 min), Fransa (71 milyon 910 min) və İtaliya (67 milyon 540 min) daxildir.

COVID-19 pandemiyasının statistikasını aparan "Worldometers" portalının məlumatına əsasən, hazırda dünya üzrə 197 milyon 525 mindən çox yoluxma qeydə alınıb, 4 milyon 218 mindən çox insan isə həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO