Rusiyada sərnişin təyyarəsində təhlükəli VƏZİYYƏT - FOTO

Rusiyada sərnişin təyyarəsində təhlükəli VƏZİYYƏT - FOTO

Hazırda oxunan: Rusiyada sərnişin təyyarəsində təhlükəli VƏZİYYƏT - FOTO
274396
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Krasnoyarskda "KrasAvia" şirkətinə məxsus An-24 təyyarəsi qırılmış yan şüşə ilə eniş edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu öz Telegram kanalında məlumat yayıb.

Hadisə ilə bağlı yoxlama başlanıb.

Təyyarə Svetloqorsk – Krasnoyarsk (Çeremşanka) marşrutu üzrə 37 sərnişin və beş ekipaj üzvü ilə uçuş həyata keçirirdi. Bildirilir ki, şüşə ekipaj kabinəsində sınıb. Şüşənin zədələnmə səbəbləri hələ açıqlanmayıb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda prokurorluq hadisənin təfərrüatlarını araşdırır.
 

Qeyd edək ki, 7 oktyabr tarixində Rosaviatsiya və Rostransnadzor regional aviaşirkətlərdə geniş miqyaslı planlaşdırılmamış yoxlamaların başlanacağını elan ediblər. Yoxlamalar zamanı aviaşirkətlərin təyyarələrin uçuş hazırlığı, pilotların hazırlıq keyfiyyəti və digər parametrlər nəzərdən keçiriləcək.


Yoxlamaların əsas səbəbi kimi Amur vilayətində baş vermiş An-24 qəzası göstərilir. Qəzaya təyyarənin uçuşa hazırlığı zamanı ciddi təhlükəsizlik protokollarının pozulması səbəb olmuşdu.

Rusiyada sərnişin təyyarəsində təhlükəli VƏZİYYƏT - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO