Ukrayna üçün Koreya ssenarisi... - Bolton açıqladı

Ukrayna üçün Koreya ssenarisi... - Bolton açıqladı

Hazırda oxunan: Ukrayna üçün Koreya ssenarisi... - Bolton açıqladı
265315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

15 avqustda Alyaskada 2019-cu ildən bəri ilk dəfə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş baş tutacaq. Təcrübə onu göstərir ki, belə görüşlərə Tramp adətən hazırlıqsız gəlir. Putin isə əksinə həmişə ciddi şəkildə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu sözləri "The Telegraph" qəzetinə verdiyi müsahibədə Trampın birinci administrasiyasında ABŞ prezidentinin sabiq müşaviri Con Bolton bildirib.

Bolton qeyd edib ki, Tramp belə görüşlərə sadəcə "fikir mübadiləsi" kimi baxıb, danışıqlar aparmayacağını düşünə bilər.

Lakin əslində bu reallıqda eynidir və danışıqlardır. Həmçinin, Putin Ukraynada atəşkəsə razılıq verə bilər. Amma əsas məsələ hansı şərtlərlə razılıq verməsidir.
 

"Əgər atəşkəs mövcud təmas xətti boyunca baş verərsə və sonra danışıqlar başlayarsa, bu, Ukrayna və Rusiya arasında yeni sərhədə çevrilə bilər. 1953-cü ildə Koreya müharibəsində atəşkəs danışıqlarından sonra olduğu kimi... O vaxtdan bəri bu, Şimali və Cənubi Koreya arasında sərhəd olaraq qalır.


Aydındır ki, Ukrayna baxımından bu yaxşı nəticə olmayacaq", – deyə Bolton fikirlərini bölüşüb. (axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO